HAQQIMIZDA

Taksim Kebap öz adını İstanbul şəhərindəki məşhur meydan və bu meydandakı nostaljik travmvaydan götürür. Qırmızı rəngli Taksim tramvayı “Taksim Kebap” restoranlar şəbəkəsinin rəsmi simvoludur və hər filialda tramvay simvolundan mütləq istifadə edilir. Bunun əsas səbəbi İstanbul, Taksim meydanı və Türk abu havasını olduğumuz hər yerdə hiss etdirməkdir. Restoranımızın əsas konsepti isə geniş çeşidli və ləzzətli Türk mətbəxidir.

TÜRK AŞPAZ

Əslən Türkiyənin aşpazlar şəhəri kimi də tanınan Bolunun Mengel qəsəbəsindən olan Volkan Kahraman 1986-cı ildə İstanbulda dünyaya gözlərini açıb. Son 20 ildə Liviya, Rusiya, Tükiyə və nəhayət Azərbaycanda öz professional fəaliyyətini davam etdirən Volkan bəy eləcə də Taksim Kebabın Moskva şöbəsində baş aşpaz kimi çalışmışdır. Bundan əvvəl isə o dünyanın bir sıra yerlərinə uzunmüddətli səyahətlər edən kruiz gəmilərində iki il baş aşpazlıq etmiş və bu müddət ərzində dünya mətbəxinin möhtəşəm təamlarını hazırlamaqla bilinən mahir bir usta olmağı bacarmışdır.

KEYFİYYƏT

Türk mətbəxinin ən vacib hissəsini məhz ət və kabab çeşidləri təşkil edir. Bu səbəbdən, restoranımızda təqdim edilən ət məhsulları gigiyenik təmiz olmaqla bərabər, şəriət qaydalarına uyğun kəsilərək, halal şəkildə müştərilərə təqdim edilir. Hazırladığımız ət yeməklərinə ləzzət qatan əsas səbəb isə əti bişirməzdən qabaq etdiyimiz xüsusi marinasiya prosesidir ki, bu prosesi necə etdiyimizi mətbəximizin sirri olaraq qoruyub saxlayırıq.